Dohada şahmatçılar arasında keçirilən “Qətər Masters Open” davam edir. Sportarena.az xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov üçüncü turda amerikalı Aleksandr Lendermanla üz-üzə gəlib.
Ağ fiqurlarla oynayan qrossmeysterimiz yenə rəqibini mat qoyub. O, IV turda Daniil Dubovla zəkasını yoxlayacaq.
Qeyd edək ki, aktivində 2,5 xalı olan Məmmədyarov 3-16-cı yerlərə şərikdi.