Azərbaycanda daha bir klub dağılır: Sponsor imtina etdi

14:15 23 Dekabr 2015

Azərbaycan da daha bir klub fəaliyyətini dayandıra bilər. Sportarena.az xəbər verir ki, birinci divizionda çıxış edən "Şahdağ" dağılmaq təhlükəsi ilə üzləşib.

 

Buna səbəb klubun əsas sponsoru "Azenco"nun Qusar təmsilçisini maliyyələşdirməkdən imtina etməsidir. Artıq 5 aydır maaş almayan futbolçular da komandada qalmaq istəmirlər.

 

Qeyd edək ki, Qusarı təmsil edən "Şahdağ" 1950-ci ildə yaradılıb. Komanda bu müddət ərzində cəmi bir dəfə - 2005/06 mövsümündə elitada çıxış edib. Amma həmin mövsümdə də 13-cü yeri tutaraq, yenidən birinci diviziona qayıdıb.


Digər xəbərlər

Xəbər xətti