"Lester"in hücumçusu Ceymi Vardi karyerasını "Mançester Yunayted"də davam etdirə bilər. Sportarena.az xəbər verir ki, ingilis bukmekerlər Premyer Liqanın bombradiridinin "qırmızı şeytanlar"la anlaşacağına inanırlar. Onlar bu keçidi 5.5 əmsalla qiymətləndiriblər.
29 yaşlı forvardın keçə biləcəyi digər mümkün komandalar isə "Tottenhem" və "Liverpul"dur. Onların şansı isə müvafiq olaraq 6 və 7 əmsalla qiymətləndirilir.
Qeyd edək ki, Vardi 15 qolla bombardirlər siyahısına başçılıq edir.