"Neftçi" yeni baş məşqçisini Serbiyada tapdı

18:10 23 Dekabr 2015

"Neftçi"nin yeni baş məşqçisi müəyyənləşmək üzrədir. Sportarena.az xəbər verir ki, "ağ-qaralar" axtardığı mütəxəssisi Serbiyada tapıb.

 

Paytaxt təmsilçisi sükanı hazırda "Radniçki" klubunu çalışdıran Milan Rastavaça tapşırmaq istəyir.

 

Artıq tərəflər arasında telefon danışığı olub. 42 yaşlı mütəxəssisin "Neftçi"nin təklifinə müsbət cavab verəcəyi gözlənilir.

 

Qeyd edək ki, Milan Rastavaç "Radniçki"dən başqa 23 yaşadək futbolçulardan ibarət Serbiya yığmasının da baş məşqçisidir.


Digər xəbərlər

Xəbər xətti