Moldova millisinin yeni baş məşqçisi müəyyənləşib. Sportarena.az xəbər verir ki, yığmanı yenidən İqor Dobrovolski çalışdıracaq.
Rusiyalı mütəxəssislə Moldova Futbol Federasiyası arasında razılıq əldə olunub. Lakin müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, 48 yaşlı mütəxəssis 2006-2009-cu illərdə Moldova yığmasını çalışdırıb.
Xatırladaq ki, Moldova seçməsi son olaraq Bakıda millimizlə yoldaşlıq oyunu keçirib və 0:2 hesabı ilə uduzub.