Azərbaycan Premyer Liqasının qış fasiləsinə lider kimi yollanan "Qarabağ" 2016-ın hazırlıqlarına hər zaman olduğu kimi Antalyada başlayacaq.
Sportarena.az xəbər verir ki, "Qarabağ" Yanvarın 5-də yığışacaq və təlim-məşq toplanışı üçün qardaş ölkəyə yollanacaq. Yanvarın 24-nə qədər Antalyanın Belek bölgəsindəki `İC Santai` otelində məskunlaşacaq "Qarabağ" bu müddətdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır.
"Qarabağ"ın yoxlama oyunlarının proqramı belədir:
16 Yanvar – Traktorsazi (İran)
20 Yanvar – Diosgjor (Macarıstan)
23 Yanvar – Admira Wacker (Avstrya)
23 Yanvar – Jagelloniya (Polşa)