"Neftçi"də baş məşqçi ilə bağlı qərar verildi

00:43 24 Dekabr 2015

Ötən gün “Neftçi”nin Müşahidə Şurasının iclası keçirilib. 

Sportarena.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:


1. İcraçı direktor Elnur Məmmədova tapşırılsın ki, “Neftçi”nin xərclərini mövcüd iqtisadi duruma uyğun olaraq optimallaşdırsın.

2. “Neftçi”nin əsas komandasının baş məşqçi funksiyasının icrasını Əsgər Abdullayev davam etdirsin.

Qeyd edək ki, Samir Əliyevin istefasından sonra komandanın baş məşqçi vəzifəsi ilin sonuna qədər Əsgər Abdullayevə həvalə olunub. Klubun son iclasında Ə.Abdullayevin vəzifəsində saxlanılmasına qərar verilib.


Digər xəbərlər

Xəbər xətti