Dekabrın 23-də Bakı İdman Sarayında cüdo üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı start götürüb. Sportarena.az xəbər veir ki, yarışların təntənəli açılış mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli çıxış edərək ölkəmizdə dövlət səviyyəsində idmana və Olimpiya Hərəkatının inkişafına göstərilən qayğıdan söhbət açıblar.
Son vaxtlar Azərbaycan cüdoçularının beynəlxalq miqyaslı yarışlarda qazandıqları uğurları qeyd ediblər. Bildirilib ki, cüdo üzrə ölkə çempionatında ilk dəfə olaraq respublikamızın daha çox bölgəsindən idmançı mübarizə aparır.
Rəsmi çıxışlardan sonra Azərbaycan respublikasının dövlət himni səsləndirilib.
Açılış mərasimi tanınmış incəsənət xadimlərinin iştirakı ilə bədii proqram və yeniyetmə cüdoçuların nümunəvi çıxışları ilə davam etdirilib.
Açılış mərasimindən sonra qızların yarışında bütün, oğlanların mübarizəsində isə iki çəki dərəcəsində final görüşləri keçirilib.