Tuyqun Nadirovu Hüseynov əvəzlədi

14:02 24 Dekabr 2015

Bu gün AFFA-nın Klublar Komitəsi (KK) ilin son iclası üçün bir araya gəlib.

 

Sportarena.az xəbər verir ki, “Boulevard Hotel Baku”də start götürən tədbirdə Topaz Premyer Liqasında mübarizə aparan 10 klubdan 9-nun nümayəndəsi qatılıb.

 

Belə ki, toplantıda "Qarabağ" nümayəndələri iştirak etmir. Əvəzində iştirakçılar arasında "İnter"in yeni prezidenti Rəşad Qasımov da yer alıb.

 

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun sədri olduğu komitənin yığıncağında Fariz Nəcəfov ("Qəbələ"), Elnur Məmmədov ("Neftçi"), İlqar Axundov ("Rəvan"), Vüqar Aslanov ("Zirə"), Kamran Quliyev ("Sumqayıt"), Fikrət Hüseynov (AZAL), Mehman Allahverdiyev ("Kəpəz") və Rəşad Qasımov ("İnter") bir araya gəlib.

 

Yığıncaqda Klublar Komitəsinin rəhbərliyində dəyişiklik olub. Belə ki, qurumun sədri Tuyqun Nadirov postundan istefa verib.

 

Komitəyə yarandığı gündən rəhbərlik edən “Xəzər Lənkəran”ın vitse-prezidenti qərarını bu gün baş tutan yığıncaqda açıqlayıb. Ötən ilin dekabrından fəaliyyətə başlayan komitədə 1 il çalışan Nadirov addımını bundan sonra diqqətini “ağ-yaşıllar”a yönəltmək istəyi ilə əlaqələndirib.

 

Artıq iclasda komitənin yeni sədri müəyyənləşib. AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov səsvermə yolu KK sədri seçilib – 6 səs. (Apasport.az)


Digər xəbərlər

Xəbər xətti