"Qarabağ" Klublar Komitəsinin iclasına qatılmadı

14:23 24 Dekabr 2015

AFFA Klublar Komitəsinin 2015-ci ildə son iclası işə başlayıb. Sportarena.az xəbər verir ki, tədbirdə Premyer Liqa klublarının hamısı təmsil olunmur.

 

"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovun sədrlik etdiyi toplantıya "Qarabağ"dan heç kim qatılmayıb. Əvəzində "İnter"in yeni prezidenti Rəşad Qasımov iclasa gələnlər arasındadır. Digər iştirakçılar sırasında Fariz Nəcəfov ("Qəbələ"), Vüqar Aslanov ("Zirə"), İlqar Axundov ("Rəvan"), Elnur Məmmədov ("Neftçi"), Kamran Quliyev ("Sumqayıt"), Fikrət Hüseynov (AZAL), Mehman Allahverdiyev ("Kəpəz") və Rəşad Qasımov ("İnter") yer alıb.

 

Qeyd edək ki, gündəlikdəki əsas məsələ sədr seçkisi olacaq. (Report)


Digər xəbərlər

Xəbər xətti