Qriqorçukun rəhbərlikdən 3 istəyi

17:15 24 Dekabr 2015

“Roman Qriqorçuk bizdən 2 legioner, 1 yerli futbolçunun transferini istəyib. Yerli futbolçulardan kiminlə danışıq apardığımızı söyləməyəcəyəm. Legioner axtarışımız isə davam edir”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

 

Klub rəhbəri Derlis Meza Kollinin “Qəbələ”dən gedişini belə şərh edib: “Baş məşqçimiz onun komandada qalmasını istəyirdi. Üçümüz birgə söhbət də etmişdik. Lakin yekunda futbolçu ilə baş məşqçi ortaq məxrəcə gələ bilmədilər. Belədə Meza Kolli komandadan ayrıldı”.

 

Fariz Nəcəfov devalvasiyanın klubun büdcəsinə nə dərəcədə təsir edəcəyi haqda sualı belə cavablandırıb: “Hələ klub prezidenti ilə görüşməmişik. Buna görə də qəti söz deyə bilmərəm. Düzdü, birinci devalvasiyanın bizə təsiri oldu. Amma bu, işimizə mane yaradacaq qədər deyildi”.


Digər xəbərlər

Xəbər xətti