"Çalışacağıq ki, "İnter"də maliyyə problemi olmasın" - Yeni prezident

17:36 24 Dekabr 2015

“Çalışacağıq ki, mənim təyinatımdan sonra da hədəflərimizi saxlayaq. Hazırda 16 futbolçunun müqaviləsi başa çatıb. Onlarla danışıqlar aparacağıq”.

 

Sportarena.az  xəbər verir ki, bu sözləri Bakı “İnter”inin yeni prezidenti Rəşad Qasımov deyib.

 

R.Qasımov baş məşqçi Zaur Svanadzenin komandadanın gedişinin müzakirə mövzusu olmadığını qeyd edib: “Svanadze ilə yollarımızı ayıracağımızla bağlı da heç bir qərar yoxdur. Bunu dəqiq deyirəm. Çalışacağıq ki, bundan sonra “İnter”də maliyyə problemi olmasın”.


Digər xəbərlər

Xəbər xətti