Azərbaycan Premyer Liqasının qış fasiləsi müddətində “Kəpəz” çempionatın ikinci hissəsinə hazırlığı ölkə daxilində keçirəcək.
Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Gəncə klubunun hazırlıq planı iki hissəyə bölünüb.
"Sarı-göylər" əvvəlcə Yevlaxda məşq edəcəklər. Komanda gələn il yanvarın 10-da bu şəhərdə toplanacaq. Ertəsi gün futbolçular məşqə çıxacaqlar. Burada bir həftə müddətində fiziki hazırlığın təməli qoyulacaq.
Daha sonra “Kəpəz” Bakıya yollanacaq. Komanda ayın 20-dən 28-nə kimi paytaxtda taktiki və texniki hazırlıq üzərində işləyəcək.
Hazırlıq planına əsasən, "Kəpəz" üç yoxlama oyunu keçirəcək. Belə görüşlərdən biri Yevlaxda, ikisi isə Bakıda olacaq. Komandanın yoxlama matçlarındakı rəqibləri hələ müəyyənləşməyib.