Sabiq "Neftçi"li rus klubuna lazımolmadı

10:16 25 Dekabr 2015

"Neftçi"nin sabiq hücumçusu Nikolas Kanales "Krılya Sovetov"dan göndərilib. Sportarena.az xəbər verir ki, bu barədə Samara təmsilçisinin seleksiyaçı meneceri Maksim Lyapin açıqlama verib. O, çilili forvardla əməkdaşlığa son qoymalarını bu cür izah edib:

 

"Kanaleslə anlaşmamız çox anidən alındı. Həmin vaxt bütün hücumçularımız zədəli idi və biz vəziyyəti sığortalamağa çalışdıq. Dərhal Kanaleslə anlaşdıq. Ancaq əməkdaşlığımızın alınmayacağı təqdirdə onun komandadan konpensasiya almadan getməsinə razılaşdıq".

 

2012/2013 və 2014/2015 mövsümlərində "Neftçi"də oynayan Kanales keçirdiyi 59 oyunda 39 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti