Dohada şahmatçılar arasında keçirilən “Qətər Masters Open” turniri davam edir. Sportarena.az xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov 5-ci turda Rusiya təmsilçisi Denis Xismatullinlə qarşılaşıb.
Ağ fiqurlarla oynayan qrossmeysterimiz bu partiyadan qalib ayrılaraq, turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. O, 4 xal toplayıb və lider Maqnus Karlsendən sadəcə yarım xal dala qalır.
Bu gün turnirdə istirahət günü olduğundan 6-cı turun oyunları sabah keçiriləcək. Şəhriyar Məmmədyarovun növbəti rəqibi isə digər rus şahmatçısı Vladimir Kramnik olacaq.
Qeyd edək ki, Şəhriyar kimi Kramnikin də 5 turdan sonra 4 xalı var.