Millimizin qapıçısı Səlahət Ağayev artıq "İnter"in futbolçusu deyil. Sportarena.az xəbər verir ki, qolkiper "bankirlər"lə yollarını ayırıb.
Buna səbəb klub rəhbərliyinin təklif etdiyi yeni müqavilənin şərtlərinin onu qane etməməsi olub.
Qeyd edək ki, “İnter”in yetirməsi olan Səlahət Ağayev karyerası ərzində bu klubun heyətində Premyer Liqada 68 oyun keçirib, qapısında 49 qol görüb.