Millimiz Belarusla qarşılaşacaq

15:03 25 Dekabr 2015

Futzal üzrə Azərbaycan yığmasının fevralın 1-də Serbiyanın paytaxtı Belqradda start götürəcək Avropa Çempionatının final mərhələsinə hazırlıq planları müəyyənləşib. Sportarena.az xəbər verir ki, baş məşqçi Tino Peres millimizin ilk təlim-məşq toplanışını 10-18 yanvar aralığında təşkil edəcək.

 

İlk toplanış kimi, yanvarın 21-dən 29-dək baş tutacaq hazırlıq prosesi də Bakıda həyata keçiriləcək. İkinci hazırlıq prosesi zamanı yığmamızın iki yoxlama görüşü keçirməsi də nəzərdə tutulub. Azərbaycan paytaxtına Belarus yığmasının gəlişi gözlənilir. Bu komanda ilə görüşlərin yanvarın 22-də və 24-də baş tutması nəzərdə tutulub.


Digər xəbərlər

Xəbər xətti