"İnter" 4 futbolçusu ilə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, bunlar Stepan Polyak, Xuan Fransisko, İvan Benites və Emilan Villadır. "İnter"lə 6 aylıq razılaşması olan Villa və Beniteslə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib. Polyak və Fransisko isə müqaviləsinin müddəti başa çatdığı üçün hər iki futbolçu komandadan ayrılıb.
Qeyd edək ki, daha əvvəl Abdulla Abatsıyev və Səlahət Ağayev də paytaxt klubundan ayrılıb.