"Mançester Siti" klubunun 2 zədəli futbolçusu yaşıl meydanlara qayıtmağa hazırdır.
Sportarena.az xəbər verir ki, Vensan Kompani və Pablo Sabaleta zədəsini sağaldıb. Klubun baş məşqçisi Manuel Pelleqrini "Sanderlend"lə oyuna hər iki oyunçunun hazır olduğunu bildirib.
Qeyd edək ki, "Mançester Siti" "Sanderlend" matçı dekabrın 26-sı saat 19:00-da start götürəcək.