Rəqibini təpikləyən futbolçunun cəzası bəlli oldu

23:58 25 Dekabr 2015

Son günlərdə rəqibi Kayhan Karakaşa qarşı törətdityi vəhşiliyə görə Türkiyədə gündəmdən düşməyən futbolçu Mehmet Deyirmencinin cəzası bəlli olub.

 İntizam komitəsi onu 2 illik diskvalifikasiya edib və 21 matçlıq oynamama cəzası verib.

Bundan əlavə, ölkə prokurorluğunda hadisə ilə bağlı cinayət işi açılıb. Deyirmenci bilərəkdən insan həyatına qəsd etməkdə suçlanır.

Qeyd edək ki, “Dallıcaspor” – “Nazilli Sanayispor” görüşündə meydan sahiblərinin futbolçusu zədələnərək yerdə uzanan rəqibinin üzünə təpiklə zərbə endirib. Futbolçu dərhal klubdan qovulub və hadisə ilə bağlı prokurorluq araşdırmalara başlayıb.


Digər xəbərlər

Xəbər xətti