Bir neçə gün öncə yayılan xəbərlərə görə "Real" klubunun baş məşqçi postuna gətiriləcəyi söylənilən Rusiya millisinin sabiq baş məşqçisi Fabio Kapello bu barədə danışıb.
Sportarena.az xəbər verir ki, gəzən bu şaiyələrin yalan olduğunu söyləyən baş məşqçi bunları zarafat kimi qəbul edib:
"Deyəsən, bu, bir zarafatdır. Daha bu barədə danışmaq istəmirəm. Hər kəsin yeni ilini təbrik edirəm"