"Xəzər Lənkəran"dan sonrası mənə maraqsız gəldi"

12:37 26 Dekabr 2015

“Xəzər Lənkəran”ın sabiq moldovalı yarımmüdafiəçisi Denis Kalinkov ölkəsinin mətbuatına müsahibə verib. 
Sportarena.az xəbər verir ki, o, Azərbaycanda oynadığı illəri də yada salıb.

- “Akademiya”da uğurla çıxış edirdiz. “Xəzər Lənkəran”dan təklif alıb, ora getdiniz. Səbəb nə idi?

- Xaricdə çıxış etmək hiss güclü oldu. Ona görə Azərbaycana üz tutdum.

- Azərbaycan çempionatı Belçika və Hollandiya ilə müqayisə oluna bilər?

- Mən çıxış etdiyim vaxtlar çox maraqlı çempionat var idi. 5-6 güclü komanda mövcud idi və onlar hamısı çempionluğa oynayırdı. Həm də klubların yaxşı pulu var idi. Məsələn, 1 il üçün 100-200-300 min dollar verə bilirdilər. Həm daxildə maraqlı mübarizə gedirdi, həm də Avroliqada komandalar yaxşı oyunları keçirirdi. Həmin vaxtın güclü komandaları “Qarabağ”, “Qəbələ”, “Neftçi, “Xəzər Lənkəran”, “Bakı”, “İnter” idi. İndi yalnız ilk 2-si qalıb. Amma onda 6-sı da çempionluq üçün oynayırdı.

- “Anderlext”lə “Xəzər Lənkəran”dakı əmək haqqını müqayisə edə bilərsən?

- Avropada daha çox pul var. Azərbaycanda da əmək haqqı pis deyildi.

- Bildiyimizə görə, sizin orda müqaviləniz bitəndə klub əmək haqqını artırmadığı üçün komandanı tərk etmisiz...

- Mən orada 10 ay üçün 500 min dollar alırdım. Mövsümün sonunda da mənə uyğun müqavilə gətirdilər. Bir narazılığım yox idi. Amma bir nəfər mənə Madrid “Atletiko”sundan və “Malyorka”dan təklif olduğunu söylədi. İnandım və Lənkəran klubu ilə müqaviləni pozdum. Həm İspaniyada pul daha çox idi, həm də səviyyə fərqi var idi. Lakin sonda həm İspaniyadan, həm Azərbaycandan oldum. Peter Efros adlı menecer karyerama zərbə vurdu.

- “Xəzər Lənkəran” sənin müntəzəm çıxış etdiyini sonuncu klubdur...

- Avropada karyera alınmadığına görə, sonrası mənə maraqsız gəldi. Moldova çempionatı çox maraqsızdır.


Digər xəbərlər

Xəbər xətti