"Mançester Yunayted"in baş məşqçisi Lui Van Qaal komandanın əsas futbolçuları ilə söhbətdən sonra intizam qaydalarını bir qədər yüngülləşdirib.
Sportarena.az xəbər verir ki, intizam rejimi bir qədər yüngülləşəcək və futbolçuların fikrilərinə daha çox qulaq asılacaq.
Məhz bu səbəbdən də dünənki məşq bir qədər tez başlamış və axşam vaxtı futbolçular üçün bayrama daha çox vaxt qalıb.
Bundan əlavə futbolçuların nahar və axşam yeməyinə istədiyi vaxt gəlmələrinə imkan verilib.
Buna baxmayaraq komandanın futbolçuları oyun üslubunu bəyənməsələr də Van Qaalın insani dəyərlərinə qiymət verir.