Bu gün İngiltərə Premyer Liqasının XVIII turun ilk oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, səfərdə "Stok Siti"nin qonağı olan "Mançester Yunayted" klubu 2:0 hesabı ilə məğlub olub.
İlk hissəyə sürətli hücumlarla başlayan "qırmızı şeytanlar" istəyinə nail olmayıb və nəticədə 19-cu dəqiqədə qapısında qol görüblər. Oyunun 25-ci dəqiqəsində uzaqdan zərbə ilə hesabı 2:0-a çatdıran "Stok Siti" klubu bu fərqi oyunun sonuna qədər qoruya bilib.
Qeyd edək ki, qolları müvafiq olaraq Boyan Krkiç və Marko Arnautoviç vurub.