"Düşünürəm ki, Ukrayna millisi qrupdan çıxacaq" - Qriqorçuk

21:31 26 Dekabr 2015

"Düşünürəm ki, Ukrayna millisi qrupdan çıxacaq. Seçmə mərhələ və pley-off oyunlarında nəticələrə görə məsuliyyət var idi."

Sportarena.az xəbər verir ki,  bu sözləri "Qəbələ"nin baş  məşqçisi Roman Qriqorçuk Ukrayna millisinin Avro-2016-dakı şanslarını dəyərləndirərkən ölkəsinin mətbuatına bildirib:

"İndi bu yük üzərimizdən götürülüb. Yığmada kifayət qədər keyfiyyətli futbolçular var. Onları düzgün qiymətləndirməliyik. Onlar Almaniya ilə görüşdə hər hansı inanılmaz bir şey etmək məcburiyyətində deyillər. Bizim futbolçular pis deyil".

 

 


Digər xəbərlər

Xəbər xətti