Qroznı şəhərində “Qroznaya bitva - 13” adlı döyüş gecəsi çərçivəsində “Axmat” klubunu təmsil edən dünya və Avropa çempionatlarının, müxtəlif Qran-prilərin qalibi olmuş azərbaycanlı döyüşçü Zabit Səmədov bir neçə dəfə dünya çempionu olmuş Polşa əsilli Avstraliyanı təmsil edən Pol Slovinski üzərdə qələbə qazanıb.
Sportarena.az xəbər verir ki, ilk olaraq qələbə münasibəti ilə Zabit Səmədovu Rusiya Federasiyası Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov təbrik edib.
Gecənin əsas döyüşü K-1 üzrə keçirilib və revanş anlamı daşıyırdı. Xatırladaq ki, 2007-ci ildə К-1 üzrə Amsterdam Qran-prisində “Mauqli” ləqəbli azərbaycanlı idmançı Slovinski ilə döyüşdə üstünlük əldə edərək onu nokdauna göndərsədə sonda məğlub olmuşdu.
Bu gün keçirilən döyüşdə isə Z.Səmədov Pol Slovinskidən qələbəni qoparmağı bacarıb.