"Azərbaycanda da bilirlər ki, yerli oyunçularla nəyəsə nail olmaq mümkün deyil" - Ukraynalı mütəxəssis

19:18 27 Dekabr 2015

"Dünya çempionatının seçmə mərhələsi çərçivəsində qrup birincisi olan yeddi komanda arasında ancaq Ukrayna yığmasında braziliyalı futzalçı yoxdur. Hətta çoxmilyonlu Rusiya yığması da braziliyalılarsız ötüşə bilmir".

 

Sportarena.az xəbər verir ki, bu sözləri futzal üzrə Ukrayna yığmasının baş məşqçisi Aleksandr Kosenko deyib. Əcnəbi oyunçuların milliləşdirilməsinə münasibət bildirən mütəxəssis Azərbaycan yığmasını da xatırlayıb:

 

"Belə olan halda İtaliya və Portuqaliya yığmasında bu cür halların yaşanmasını başa düşmək olar. Yaxud da Azərbaycan və Qazaxıstan yığmalarını götürək. Onlar gözəl başa düşürlər ki, yalnız öz oyunçuları ilə heç nəyə nail ola bilməzlər. Amma biz əksini göstərdik. Bizim öz istedadlarımız var".


Digər xəbərlər

Xəbər xətti