Türkiyə Superliqası: "Qalatasaray" xal itirdi, "Beiktaş" qış çempionu oldu

00:31 28 Dekabr 2015

Türkiyə Superliqasında XVII turun oyunları davam edir. Sportarena.az xəbər verir ki, bu gün daha 4 oyun keçirilib.

 

Çempionluğ iddialı "Qalatasaray" qış fasiləsinə xal itkisi ilə yollanıb. Səfərdə "Kayserispor"un qonağı olan İstanbul təmsilçisi ikinci hissədə vurduğu qolla məğlubiyyətdən qaçı bilib.

 

Lider "Beşiktaş" qış çempionluğunu rəsmiləşdirib. "Qara qartallar" doğma meydanda "Konyaspor"u darmadağın edib - 4:0.

Evdə "Mersin"i məğlub edən "Bursaspor" isə uğursuz seriyaya son qoyub.


Digər xəbərlər

Xəbər xətti