Bolqarıstanın "Slaviya" klubu Azərbaycan komandalarından biri ilə yoxlama oyunu keçirmək istəyir. Sportarena.az xəbər verir ki, Aleksandr Tarxanovun komandası yanvarın 21-də Türkiyəyə yollanacaq və fevralın 14-nə kimi orada qalacaq.
Bolqarlar bu müddət ərzində bir neçə yoxlama oyunu keçirmək istəyindədirlər. Həmin görüşlərdən biri də Azərbaycan təmsilçisinə qarşı olacaq. Hazırda bu yöndə danışıqlar davam edir. Ona görə də "Slaviya"nın hansı klubumuzla üz-üzə gələcəyi açıqlanmır.