"Qorxu hissləri məndə də var, hər şey ola bilər" - Yunis Hüseynov

11:07 28 Dekabr 2015

"Xəzər Lənkəran" klubun baş məşqçisi Yunis Hüseynovun müsahibəsi

 

- Qış "transfer pəncərəsi"ndə yeni oyunçular gözlənilir?

- Hələ ki, bu haqda heç bir məlumat vermək istəmirəm. Qarşıdakı günlərdə rəhbərliklə görüşümüz olacaq. Daha sonra bu məsələyə aydınlıq gələcək.

 

- Mətbuatda belə xəbər yayılmışdı ki, “Xəzər Lənkəran” klubu legioner futbolçulara olan borcuna görə, I Diviziona göndəriləcək…

- Sözün düzü, ilk dəfə eşitdim. Məlumatım yoxdu bu haqda.

 

- Əgər rəhbərlik transferlər etməsə, komandadan ayrılacaqsınız?

- Bu, rəhbərliklə danışıqlarımızdan asılıdı.

 

- Komandada qalacağınız təqdirdə əsas hədəfiniz nə olacaq?

- Bu mövsüm iddialı komanda ola bilmədik. Amma kuboku qazanmaq üçün şansımız var. Azərbaycan kuboku uğrunda laiqli mübarizə aparacağıq. Şansımızdan istifadə edtməliyik. Hətta deyərdim ki, biz bu kuboku qazana da bilərik. Fikrimcə, “Xəzər Lənkəran” yayda iddialı klub olacaq.

 

- “Xəzər Lənkəran”dan bir neçə təcrübəli futbolçu getdi. Komandanı öz çiynində daşıyan kapitan Rahid Əmirquliyev də komandadan ayrıldı. Əsas futbolçuların gedişindən sonra “Xəzər Lənkəran”ın Premyer Liqanı tərk etməyindən qorxmursunuz?

- Bu hisslər məndə də var. Əlbəttə, hər şey ola bilər. Çalışacağıq ki, bu çətin vəziyyətdən çıxaq. Qış fasiləsində elə də iddialı komanda qurmaq mümkün deyil. Bu il yaxşı nəticə əldə etmək üçün mübarizə aparacağıq.

 

Sportal.az


Digər xəbərlər

Xəbər xətti