"Kəpəz"dən ayrılan Rəşad Eyubovun yeni klubu müəyyənləşib. Sportarena.az xəbər verir ki, millimizin üzvü karyerasını iddialı klubda davam etdirəcək.
Yarımmüdafiəçi "Qəbələ" ilə anlaşıb. Rəsmi müqavilənin yaxın müddətdə imzalanacağı və klubun bu barədə açıqlama verəcəyi gözlənilir.
Qeyd edək ki, Eyubov yayda "Xəzər Lənkəran"dan "Kəpəz"ə keçmişdi.