"Qarabağ"dan ayrılacağımla bağlı yazılanlar məni şok etdi. Bu xəbərlərin haradan qaynaqlandığını bilmirəm".
Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın hollandiyalı hücumçusu Raydell Pupon deyb. Hollandiya mətbuatına danışan 28 yaşlı futbolçu Ağdam klubundan ayrılacağı barədə yayılan məlumatlara münasibət bildirib:
"Onu deyə bilərəm ki, məndən yanvarın 5-də komandanın düşərgəsində olmağımı istəyiblər. Qarabağ"dan getməyim haqda ancaq yayda düşünə bilərəm. Hollandiya ilə müqayisədə Azərbaycanda bu işlər bir qədər fərqlidir. Əgər "Qarabağ" həqiqətən mənimlə yollarını ayırmaq istəyirsə, bu, onlara baha başa gələcək".