Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan keçmiş futbolçu Maşallah Əhmədov barəsində məhkəmə qərarından apellyasiya şikayətinə baxılıb.
Sportarena.az "lent.az"a istinadən xəbər verir ki, keçirilən prosesdə onun şikayəti təmin olunmayıb.
Qeyd edək ki, dələduzluqda təqsirləndirilən M. Əhmədovun barəsində dekabrın 17-də Binəqədi rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.