"Avrokuboklarda çıxış edən klublar üçün Azərbaycan çempionatı çox çətin turnirdir. Mən şikayət etmirəm, əksinə bu, çox maraqlıdır".
Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Odessa telekanallarından birinə açıqlamasında deyib.
O, Ukrayna ilə Azərbaycan çempionatını müqayisə edib: "Bizim çempionatın liderləri - "Dinamo", "Şaxtyor" və "Dnepr" klublarını götürsək, Azərbaycan Premyer Liqası Ukrayna çempionatından heç də geri qalmır. Düşünürəm ki, Azərbaycanın 5-6 komandası Ukrayna çempionatında ciddi rəqabət apara bilər".