Bir müddətdir "Sumqayıt"ın düşərgəsində olan Kamran Ağayevin yeni klubu müəyyənləşib. Sportarena.az xəbər verir ki, millimizin qolkiperi "İnter"lə anlaşıb.
Artıq tərəflər arasında razılıq əldə olunub. Ağayev "bankirlər"lə 6 aylıq müqavilə imzalayacaq. Təcrübəli qapıçı Səlahət Ağayevi əvəz edəcək.
Məlumatı saytımıza açıqlamasında klubdan da təsdiqləyiblər.
Qeyd edək ki, bu ilin əvvəlindən Türkiyədə "Kayserispor" və "Karşıyaka" klublarının formasını geyinən Kamran əvvəllər ölkəmizdə "Şəfa", "Turan", "Xəzər Lənkəran", "Bakı" və "Qəbələ"də oynayıb.