"İnter" bombardiri ilə yollarını ayırdı

16:09 28 Dekabr 2015

Bakı "İnter"i daha bir futbolçusu ilə yolları ayırıb. Sportarena.az "azerisport.com"a istinadən xəbər verir ki, braziliyalı hücumçu Dieqo Martins paytaxt təmsilçisini tərk edib.

 

Onun komandadan ayrılmasına başqa klubdan təklif alması səbəb olub. Həmin klubun adı açıqlanmasa da, komandanın Asiya təmsilçisi olduğu bildirilir.

 

Qeyd edək ki, cari mövsüm vurduğu 5 qolla "İnter"in ən məhsuldar futbolçusu olan Martins yayda komanda ilə bir illik müqavilə imzalayıb.

 

Xatırladaq ki, daha öncə Səlahət Ağayev, Abdulla Abatsiyev, Xuan Fransisko, İvan Benites, Stepan Polyak və Emilian Vila "İnter"dən ayrılıb.


Digər xəbərlər

Xəbər xətti