"Neftçi"nin keçmiş baş məşqçisi Vlastimil Petrjela özünə yeni iş yeri tapıb.
Sportarena.az xəbər verir ki, çexiyalı mütəxəssis vətənində çalışacaq. Təcrübəli çalışdırıcı Ostravanın "Banik" klubu ilə razılıq əldə edib. Petrjela yeni komandasında qış təlim-məşq toplanışında fəaliyyətə başlayacaq.
Qeyd edək ki, "Banik" Çexiya çempionatında 16 turdan sonra 4 xal toplayaraq, sonuncu pillədə qərarlaşıb.