"Zirə"nin Antalya planı bəlli oldu

21:06 28 Dekabr 2015

Azərbaycan Premyer Liqasında qış fasiləsinə üçüncü yerdə çıxan “Zirə”nin hazırlıq planı məlum olub.

Sportarena.az xəbər verir ki, komanda yanvarın 5-də Bakıda bir araya gələcək. Dörd gün Zirə İdman Kompleksində məşq edəcək komanda təlim-məşq toplanışının ikinci mərhələsini Antalyada keçirəcək. Antalyadakı hazırlıq mərhələsinin ilk həftəsində komanda fiziki hazırlıq üzərində çalışacaq. Növbəti həftədə isə baş məşqçi Adil Şükürov ümumi texniki-taktiki hazırlığa üstünlük verəcək və komanda yoxlama oyunlarında qüvvəsini sınayacaq. Antalyada “Zirə” 3 yoxlama oyunu keçirəcək. Qarşılaşmalar yanvarın 16, 19 və 22-də təşkil olunacaq. Rəqiblərin adı isə yaxın günlərdə məlum olacaq.


Digər xəbərlər

Xəbər xətti