"Avro 2016"nın seçmə mərhələsində Türkiyə millisinin İslandiyaya vurduğu qol Avropanın ən yaxşı qolu seçilib.
Sportarena.az xəbər verir ki, UEFA-nın rəsmi "tvitter" səhifəsində keçirilən sorğuda Türkiyə millisinin futbolçusu Səlcuq İnanın İslandiyaya vurduğu qol 69 faiz səslə birinci olub.
Qeyd edək ki, 159 min 106 azarkeşin iştirak etdiyi sorğuda Lionel Messinin qolu 19 faiz səslə 2-ci olub.