“Qatar Masters Open-2015” beynəlxalq şahmat turnirinin başa çatmasına 2 tur qalıb.
Sportarena.az xəbər verir ki, 7-ci turda Hindistan təmsilçisi Şekhar Suriya Ganguli üzərində qələbəsindən sonra turnirə liderlik edən Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenə uduzub.
Məmmədyarov 5,5 xal ilə 5-ci yerdə qərarlaşıb. Turnir cədvəlinə 6,5 xalla Karlsen başçılıq edir.