Lui Van Qal: "İstefa verməyim üçün heç bir səbəb yoxdur"

02:15 29 Dekabr 2015

"Mançester Yunayted"in baş məşqçisi Lui Van Qaal istefa verməyəcəyini açıqladı.
Sportarena.az xəbər verir ki, "Çelsi" ilə oyundan sonra verdiyi açıqlamada: "Oyunçularımın üzərində bu qədər təzyiq olarkən belə performans sərgiləyirlərsə mənim istefa verməyim üçün heç bir səbəb yoxdur. Mənim bir müqaviləm var. Burada gedib getməyəcəyim deyil, müqaviləmdə yazılanları yerinə yetirəcəyim soruşulmalıdır. Fikirləşirəm ki, mənim getməyimi istəyənlər ancaq mətbuat işçiləridir. Amma mən getməyəcəyəm." deyə fikir bildirib.

Qeyd edək ki, son oyunda "Çelsi" ilə 0:0 hesablı bərabərə qalan "Mançester Yunayted" klubu Premyer Liqada  6 oyundur ki qələbə qazana bilmir.


Digər xəbərlər

Xəbər xətti