"Azərbaycan klubu ilə də danışıq aparırıq" - Menecer

12:21 29 Dekabr 2015

Ukraynanın "Çernomorets" klubunun sabiq qapıçısı Yuri Martışuk karyerasını Azərbaycanda davam etdirə bilər. Sportarena.az xəbər verir ki, bu barədə azad agent statusu daşıyan futbolçunun meneceri Aleksandr Pankov Ukrayna mətbuatına açıqlamasında söyləyib:

 

"Hazırda Avropanın bir neçə klubu ilə danışıqlar aparırıq. Bunların arasında Slovakiya və Çexiya klubları var. Həmçinin Azərbaycan klubu ilə də danışıq aparırıq".


Digər xəbərlər

Xəbər xətti