Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov "Sumqayıt"la anlaşıb. Sportarena.az xəbər verir ki, bu barədə "Report"a klubun baş meneceri Ceyhun Sultanov məlumat verib.
O bildirib ki, 26 yaşlı yarımmüdafiəçi ilə ilkin razılıq əldə olunub. Son dəqiqəyə qədər hansısa problem çıxmasa, tərəflər arasında 6 aylıq müqavilə imzalanacaq.
Qeyd edək ki, Vaqif Cavadovun sonuncu klubu "Qəbələ" olub.