Beynəlxalq dərəcəli azərbaycanlı voleybol hakimi Konstantin Selin növbəti təyinatını alıb. Sportarena.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası təmsilçimizi “Hapoel” (İsrail) – “Pfeffingen” (İsveçrə) matçını idarə etməyi tapşırıb.
Selin yanvarın 21-də, qadın voleybolçular arasında “Çelenc Cup”ın 1/8 final mərhələsinə təsadüf edəcək matçda ikinci referi olacaq. O, belaruslu Vladimir Kukaşinova köməklik edəcək.