Çexiya millisinin sabiq qolkiperi vəfat edib.
Sportarena.az xəbər verir ki, "Nyukasl", "Şeffild Uensdey", "Portsmut" və "Vest Hem" klublarında çıxış etmiş 47 yaşlı Pavel Srniçek infarktdan dünyasını dəyişib.
Qeyd edək ki, Srniçek Çexiya millisinin heyətində 49 matçda forma geyinmişdir.