"Sumqayıt"ın 5 futbolçusu millidə

14:00 30 Dekabr 2015

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası 2016-cı ilin yanvarın 18-dən 28-dək Türkiyənin Antalya şəhərində beynəlxalq turnirdə iştirak edəcək.

 

Sportarena.az xəbər verir ki, bu səbəbdən, "Sumqayıt" Futbol Klubunun 3 futbolçusu - Şahrudin Məhəmmədəliyev, Tərlan Əhmədli və Cəmil Hacıyev yığmanın düşərgəsinə dəvət alıb.

 

Bundan başqa, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası 2016-cı il yanvarın 2-dən 13-dək Rusiyanın Sankt-Peterburq şəhərində beynəlxalq turnirə qatılacaq. "Kimyaçılar"ın 2 futbolçusu - İsmayıl Babayev və Ricat Qarayev U-17-nin heyətində yer alacaq.


Digər xəbərlər

Xəbər xətti