"Topaz"dakı uduşlardan vergi tutulmasına başlandı

13:50 1 Yanvar 2016

Yanvarın 1-dən etibarən Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlar gəlir vergisinə cəlb olunur.

 

Sportarena.az APA-ya istinadən xəbər verir ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2015-ci il 20 oktyabr tarixli qanunda əksini tapıb.

 

Beləliklə, 2016-cı il yanvarın 1-dən idman mərc oyunlarından əldə edilən uduşlardan 10 faiz dərəcə ilə vergi tutulacaq.


Digər xəbərlər

Xəbər xətti