"Xoş bir xəbərin intizarındayam" - Ermin Zets

14:35 1 Yanvar 2016

"2015-ci il mənim yadımda xüsusi olaraq qalacaq. Çünki "Qəbələ”yə gəldim, Avroliqada böyük uğurlar əldə etdik. Şəxsi həyatımda da mənim üçün xoş olacaq bir xəbərin intizarındayam. Çünki həyat yoldaşımla övlad gözləyirik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin hücumçusu Ermin Zets deyib. Klub qəzetinə danışan bosniya və herseqovinalı futbolçu yeni il düşüncələrini paylaşıb:

 

"Ümid edirəm ki, 2016-cı il həm karyeramda, həm də şəxsi həyatımda uğurlu olacaq. İstirahətdə paytaxtımız Sarayevoda olacağam. Yeni ili dostlarım, yoldaşlarımla birgə keçirəcəyik".


Digər xəbərlər

Xəbər xətti