"2015-ci il bizim üçün bir çox cəhətdən əlamətdar oldu. Sözsüz ki, ən yaddaqalan hadisə Avropa Liqasında 4 mərhələ keçərək qrupa düşməyimiz oldu. Mənə Dortmundda "Borussiya”ya, Salonikidə PAOK-a qarşı oynamaq nəsib oldu. Bu, futbol həyatımda ən əlamətdar günlər kimi yadda qalacaq".
Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin yarımmüdafiəçisi Elvin Camalov deyib. O, klub qəzetinə açıqlamasında bunları söyləyib:
"Bu il "Qəbələ”nin əsas heyətində möhkəmlənə bildim. Akademiyamızın yetirməsi kimi buna nail olduğuma görə xoşbəxtəm. 2016-cı ildə yenidən avrokuboklarda çıxış edib, daha yüksək nəticə qazanmağa çalışacağıq. Yeni ildə "Qəbələ” ilə çempion olmağı və futbolçu kimi oyun səviyyəmi artırmağı arzulayıram".