"Mənim üçün çox yaxşı keçən 2015-ci ildə 2 klubun şərəfini qorudum. "İnter”lə gümüş medal qazandıqdan sonra "Qəbələ”yə keçdim. Bu, karyeramda irəliyə doğru addım oldu. Çünki yeni komandamla Avropa Liqasının qrup mərhələsinin iştirakçısı oldum".
Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin müdafiəçisi Məhəmməd Mirzəbəyov deyib. O, klub qəzetinə açıqlamasında bunları söyləyib:
"Bu, hər futbolçu üçün böyük əhəmiyyət kəsb edən turnirdir. Belə yarışda çıxış etmək çox faydalıdır. İnanıram ki, 2016-cı ildə də nəticə qazana biləcəyik. Uzun müddətdir ayrı qaldığım ailəmin yanında, Dağıstandayam. İstirahət müddətində bir sıra futbolçularla birgə müqəddəs yer olan Məkkəyə getməyi planlaşdırıram".